Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şərait Rusiya və Belarusu müharibəyə hazırlaşmaq üçün..."

Tarix: 24 Iyun 2022 07:30

"Belarus Rusiya üçün mühüm strateji tərəfdaş, yaxın dost və müttəfiqdir".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın müdafə naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Hrenin ilə görüşündən öncə açıqlamasında deyib.

Şoyqu Rusiya və Belarus arasında ikitərəfli hərbi əməkdaşlığın Qərbin görünməmiş təzyiqi və onlara qarşı elan edilməmiş müharibə şərtləri altında inkişaf etdiyinə diqqət çəkib.

Ukraynadakı vəziyyəti və NATO ölkələrinin Qərb sərhədlərindəki hərəkətlərini xatırladan Şoyqu, "Şərtlər (Rusiya-Belarus) İttifaq dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsi, regional birlik qüvvələrinin və birləşmiş regional hava hücumundan müdafiə sisteminin döyüşə hazırlığının artırılması üçün təcili birgə tədbirlərin görülməsini zəruri edir. Bu gün bu, getdikcə aktuallaşır. Rusiya tərəfi bu məsələdə belaruslu dostlarına hər cür dəstəyi verməyə hazırdır" deyib.

Milli.Az


Etiketlər:  Şərait Rusiya Belarusu müharibəyə hazırlaşmaq üçün


RƏYLƏR