Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə meşə yanğınları: Yeni görüntülər - VİDEO

Türkiyədə meşə yanğınları: Yeni görüntülər - VİDEO

Tarix: 24 Iyun 2022 12:16

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda artıq bir neçə gündür meşə yanğınları davam edir.

Sonxeber.net xəbər verir ki, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Vahit Kirişcinin sözlərinə görə, yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının söndürülməsinə xeyli sayda helikopter, təyyarə, yanğınsöndürən maşın, su tankeri, eyni zamanda, meşə mühafizəsi xidmətinin əməkdaşları və müxtəlif təşkilatlara məxsus texnikalar cəlb olunub.

Diqqətə çatdırılıb ki, artıq Qətərdən 3 helikopter, Azərbaycandan isə amfibiya təyyarəsi yanğınlarla mübarizə tədbirlərinə qoşulub.

Sonxeber.net APA-ya istinadən yanğının davam etdiyi ərazilərdən yeni görüntüləri təqdim edir:


Etiketlər:  Türkiyədə meşə yanğınları Yeni görüntülər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ