Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabahın HAVAsı

Sabahın HAVAsı

Tarix: 24 Iyun 2022 12:44

İyunun 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaq.

Milli.Az


Etiketlər:  Sabahın HAVAsı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ