Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə Rusiya aktivlərinin müsadirəsi təsdiqləndi

Bu ölkədə Rusiya aktivlərinin müsadirəsi təsdiqləndi

Tarix: 24 Iyun 2022 22:02

Kanada Senatı baş nazir Castin Trüdonun təklif etdiyi Rusiya aktivlərinin müsadirə edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, layihə xarici vətəndaşların mənzil almasına iki illik qadağa qoyulması, eləcə də Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirə edilməsi və satılmasını nəzərdə tutur.

Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçdikdən sonra kralın rəsmi razılığından sonra qanuna çevriləcək.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak artıq bu xəbərə münasibət bildirib. Onun sözlərinə görə, yeni qanun sayəsində Kanada öz ərazisində dondurulmuş Rusiya aktivlərini müsadirə edərək Ukraynaya ötürə biləcək və bu, müharibə başlayandan sonra ilk belə presedent olacaq.


Etiketlər:  ölkədə Rusiya aktivlərinin müsadirəsi təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ