Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 01:03
Qan dövranını nizamlayır.
Qan dövranı nizamlandıqda isə yüksək qan təzyiqi kimi problemlər ortadan qalxır.
Artıq çəkidən azad olmağa kömək edir.
Banan lif baxımından zəngindir. Bu səbəbdən gündə iki dəfə - səhər və axşam yediyimiz banan, iştahınızın sürətli şəkildə azalmasını təmin edərək, artıq çəkidən xilas olmağınıza kömək edə bilər.
Anemiya riskini azaldır.
Anemiya dəridə solğunluq, nəfəs darlığı və yorğunluğa səbəb olur. Bu vəziyyət qırmızı qan hüceyrələrindəki azalma və hemoqlobin səviyyəsinin aşağı düşməsi nəticəsində əmələ gəlir.
Bananda qırmızı qan hüceyrələrinin yaranmasını artıran çoxlu sayda mineral var. Gündə iki ədəd banan eyni zamanda qan şəkəri səviyyəsini düzənləyən B6 vitamini ilə orqanizmi təmin edir.
Həzm sisteminin normal işləməsinə kömək edir.
Banan - asanlıqla həzm olunan, mədə və bağırsağın dostu olan bir qidadır. Həzmsizlik problemlərində gündə iki ədəd banan yemək, bu problemləri ortadan qaldıracaqdır.
Eyni zamanda qastrit və mədə turşumasından sıxlıqla əziyyət çəkənlər gündə iki ədəd banan yeməklə buna çarə edə bilərlər.
Vitamin azlığını müalicə edir.
Banan B6 vitamini baxımından zəngindir. Təqribi olaraq bir banan gündəlik B6 vitamini ehtiyacımızın 20%-ni təşkil edir.
Beləliklə orqanizmimizin sağlam hüceyrələrdən ibarət olması üçün lazım olan insulin, hemoqlobin və amin turşularını qəbul etmiş olarıq.