Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekvadorda hökumət əleyhinə etirazlar: 5 nəfər ölüb

Ekvadorda hökumət əleyhinə etirazlar:  5 nəfər ölüb

Tarix: 25 Iyun 2022 09:00

Ekvadorun paytaxtı Kitoda hökumət əleyhinə keçirilən etirazlar zamanı bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkənin paytaxtı Kito şəhərinin şimalında bir nəfərin ölümü baş verib.

Polisin məlumatına görə, etirazçılarla toqquşma zamanı 60-dan çox asayiş keşikçisi yaralanıb.

İğtişaşların təşəbbüskarı Ekvadorun Yerli Xalqları Konfederasiyasıdır.

Onlar artan cinayət fonunda benzinin qiymətinin aşağı salınmasını və vətəndaşların təhlükəsizliyinin təmin edilməsini tələb edirlər.

Bundan əvvəl Ekvador prezidenti etirazçıların onu devirmək niyyətini açıqlamışdı. Ekvadorda etirazlar iyunun 13-də yanacağın qiymətinin əhəmiyyətli dərəcədə artması ilə əlaqədar başlayıb. Ekvador prezidenti Qilyermo Lasso İmbabura, Kotopaksi əyalətlərində və Piçinça metropoliten bölgəsində fövqəladə vəziyyət elan edib.

Kütləvi etirazların ən azı 5 iştirakçısı iğtişaşlar nəticəsində həlak olub.

Ekvador Milli Polisinin məlumatına görə, kütləvi etirazların iştirakçıları ilə toqquşmalar nəticəsində onun 120-yə yaxın əməkdaşının xəsarət aldığı bildirib.

Hadisə nəticəsində 10 patrul maşını tamamilə sıradan çıxarılıb, 42 avtomobil məhv edilib.

Milli.Az


Etiketlər:  Ekvadorda hökumət əleyhinə etirazlar 5 nəfər ölüb


RƏYLƏR