Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktrisanın bu sözləri lağa qoyuldu

Aktrisanın bu sözləri lağa qoyuldu

Tarix: 25 Iyun 2022 09:40

"Yargı" serialında rol alan aktrisa Pınar Dəniz "İbrahim Selim ile bu gece" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa verilişdə amerikalı aktyor Timoti Şalame barədə dediyi "İlk izləyəndə bəyənmişdim. Xeyli layihədə yer aldı, çox gördüyüm üçün sehiri itdi" sözlərinə görə sosial şəbəkədə lağa qoyulub.

Tvitterdə "Nəfəs al bir az hər yerdə Pınar Dəniz", "Evdəki soyuducudan da Pınar Dəniz çıxacaq deyə, qorxuram", "Yenə Pınar Dəniz, bu qadın çəkilişləri necə çatdırır" kimi şərhlər yazılıb.

Qeyd edək ki, aktrisa ardıcıl olaraq "Ask 101" serialında, "Aşkın kıyameti" filmində və reklamlarda yer alıb.

Milli.Az


Etiketlər:  Aktrisanın bu sözləri lağa qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ