Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq (FOTO)

Tarix: 20 Sentyabr 2019 17:16

Bakı. Samir Əli - Trend:

2019-cu ilin tədbirlər planına uyğun olaraq "Azərişıq" ASC Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) inzibati rayonlarının (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astara) hər birində yenidənqurma işlərini davam etdirir. Yenidənqurma işləri Prezidentin müvafiq sərəncamına əsasən həyata keçirilir.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə bildirib ki, ölkə başçısının 19 aprel 2019-cu il tarixli sərəncamı ilə Astara rayonun 3 kəndinə (Sekaşan, Diqo, Dolu) elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlığını artırmaq məqsədi ilə 1,5 mln. manat vəsait ayrılıb:

"Sərəncam qüvvəyə mindiyi gündən etibarən bu kəndlərin elektrik enerjisi təsərrüfatının yenidənqurulması işlərinə başlanılıb. Bu kəndlərə "Azərişıq" tərəfdən 15 ədəd Komplekt Transformator Məntəqəsi (KTM), 12,5 km uzunluğunda 0,4kVt-luq hava verilişi elektrik xətrləri, 18 km uzunluğunda isə 0,4 kVt-luq özünüdaşıyan izolyasiyalı kabel xəttlərinin (ÖİN -SİP kabellər) çəkilməsi nəzərdə tutulub. Hazırda davam etdirilən yenidənqurma işlərinin ilin sonuna qədər yekunlaşması planlaşdırılır".

"Azərişıq" rəsmisi qeyd edib ki, bundan əlavə, Cənub RETSİ-nin ərazisinə düşən Biləsuvar rayonunun İsmətli, Cəlilabad rayonunun Maşlık və Ocaqlı, Lənkəranın İstisu və Girdəni, Masallının Ərkivan və Ocaqlı, Lerikin Çayrud kəndlərində d' yenidənqurma işləri davam edir.


Etiketlər:  Azərişıq Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ