Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pulu orada kimdən alacaqdıq? Əsgərlərdən?''

''Pulu orada kimdən alacaqdıq? Əsgərlərdən?''

Tarix: 29 Iyun 2022 19:45

Bir neçə gün öncə xanəndə, əməkdar artist Sevinc Sarıyeva saytımıza açıqlamasında məşhur müğənnilərdən birinin əsgərlərə konsert verməsindən boyun qaçırdığını bildirmişdi. Xanəndə və orada çıxış edən məşhurlardan həmin müğənninin kimliyini öyrənmək istəsək də cəhdlərimiz boşa çıxmışdı.

Sonxeber.net xəbər verir ki, moderator.az-a etibarlı mənbədən daxil olan məlumata görə həmin müğənni Damla olub. Xəbərin doğru olub-olmamasını öyrənmək üçün müğənni ilə əlaqə saxladıq. Həmin müğənni həqiqətən də Damla olub. Müğənninin prodüsseri Şamil İbrahimov saytımıza bunları deyib.

"İyun ayının 19-u bizə zəng gəldi. Telefonu götürdük, gördük ki, danışan bir xanımdır. Bizə bildirdi ki, 26 iyun Milli Ordu Günü münasibəti ilə Suqovuşanda əsgərlərimiz üçün konsert təşkil edirik, sizi də görmək çox xoş olardı. Damla xanım konsert proqramının Suqovuşanda olduğunu biləndə razılıq verdi. Çünki Suqovuşan təhlükəsiz və hər bir sənətçinin səfər etdiyi bölgədir. Biz bilirik ki, orada çox konsert proqramları təşkil olunub və hamı da gedib iştirak edib. 23-də axşam çıxıb Naftalana getdik və bir gün oteldə qaldıq. Səhər durub hazırlaşıb yola çıxdıq. Düşündük ki, Suqovuşana gedəcəyik və postdan rahat keçəcəyik. Bizi Suqovuşandakı postda saxladılar. Təşkilatçıya zəng etdik, telefonu götürmədi. Sonunda öyrəndik ki, təşkilatçı xanım bizi aldadıb. Sən demə, konsert proqramı Suqovuşanda deyil, ondan da 30-40 kilometr aralıda Ballıqayadadır. Xanım özü bizə zəng edib dedi ki, siz açıq hədəfdəsiniz. Ora dağın başıdır və həmin əraziya yalnız böyük hərbi maşınlarla getmək mümkündür. Mən necə deyim ki, get?! Damla xanım da dedi ki, açıq hədəfəmsə mən gedə bilmərəm. O dedi ki, "getsəm, başıma bir iş gəlsə, qolum-qıçım sınsa mənə deməyəcəklər ki, niyə getmisən?!". "Kim mənim ailəmə cavab verəcək?". Təbii ki, ora qədər gedən dağın başına da gedər. Amma təhlükəli ərazi olduğu üçün Damla xanım getməkdən imtina etdi. Bizi aldatmağı bəs deyil, sonra xanım dedi ki, guya biz pul istəmişik. Biz pulu orada kimdən alacaqdıq? Əsgərlərdən? Bu həqiqətən də gülünc ittihamdır. Hamı bilir ki, biz bütün qazilərimizin, şəhid ailələrinin xoş günlərində onların yanında oluruq, toylarında tam təmənnasız iştirak edirik. Bu hadisədən 2-3 gün öncə elə qazimiz Mobilin toyunda idik. Bundan əlavə əsgərlər üçün təşkil olunan konsertlərdə böyük həvəslə və qürurla iştirak etmişik" deyə müğənninin prodüsseri deyib.


Etiketlər:  Pulu orada kimdən alacaqdıq Əsgərlərdən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ