Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 13:22
Repetitor yanına getmədən ABŞ-ın nüfuzlu universitetinə qəbul olub.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, Astaranın Təngərüd kənd tam orta məktəbinin məzunu İbrahim Həsənli hələ 11-ci sinifə keçərkən ali təhsilini xarici ölkədə almaq qərarına gəlir. Bu məqsədinə isə minimum xərclə nail olmaq istəyir. Ancaq başlanğıc üçün O 2 ay müddətinə repititor yanına və online kurslara gedir. Bundan sonra isə bütün proqramı müstəqil şəkildə öyrənir.
İbrahim Həsənlinin zəhməti bəhrəsini verib. O ABŞ-ın Cənubi Texas Universitetinə qəbul olub. Eyni zamanda 30 min dollar təqaüd qazanıb. Müraciət etdiyi 1 universitetdən isə hələ ki cavab çıxmayıb.
İbrahim Həsənli orta məktəbdə oxuduğu illərdə də fəallığı ilə seçilib, bir neçə olimpiyadada yer tutub, startaplara imza atıb.