Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hazırlığa gələn şagirdi ilə yatdı - 39 yaşlı müəllim həbs edildi

Hazırlığa gələn şagirdi ilə yatdı - 39 yaşlı müəllim həbs edildi

Tarix: 30 Iyun 2022 14:30

ABŞ-da 2019-cu ildə yeniyetməni bir neçə dəfə zorlayan müəllim həbs edilib.

Sonxeber.net bildirir ki, Bu barədə Law & Crime məlumat yayıb.

Nyu-York ştatının Constaun şəhərindən olan 39 yaşlı Kristina M. Bellinger bazar ertəsi, iyunun 27-də nəzarətə götürülüb. Montqomeri dairənin şerif ofisindən verilən məlumata görə, qadının həbsi dairə polisi, Nyu-York əyalətinin tibbi ekspertizası mərkəzi və rayon prokuroru Lorreyn Diamondun birgə araşdırması nəticəsində baş verib.

İstintaq iddia edir ki, 2019-cu ildə Bellinger "dəfələrlə 13 yaşlı yeniyetmə ilə cinsi əlaqədə olub". Həmin vaxt qadın repetitor işləyirdi, evdə dərs deyirdi və zərərçəkmişlə şahidsiz ünsiyyət qurmaq imkanı əldə edirdi. Bellingerin bir müddət əvvəl inklüziv təhsil müəllimi işlədiyi məktəbin rəhbərliyi müəllimlə şagird arasındakı münasibəti oğlandan öyrənib.

Cinayətlə bağlı məlumat ortaya çıxandan sonra rəhbərlik qadını dərhal müddətsiz məzuniyyətə göndərib. İlkin dinləmələrin keçirildiyi Qlen şəhərinin məhkəməsi Bellingerə 15 min dollar məbləğində girov təyin edib. Müəllim bu məbləği ödəyib və sərbəst buraxılıb. İstintaq davam edir.

İrfan Vəliyev


Etiketlər:  Hazırlığa gələn şagirdi ilə yatdı yaşlı müəllim həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ