Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 16:32
Tikinti materialları bahalaşıb, evlərin təmir xərcləri artıb.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, pandemiya ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin yumşaldılması tikinti sektoru da canlandırıb. Ancaq əksər sahələdə olduğu kimi bahalaşma evlərin təmir xərclərinə də təsirsiz ötüşməyib. Vətəndaşlar həm inşaat materiallarının, həm də usta qiymətlərinin artıdığını bildirirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, pandemiyadan sonra mənzil təmirində qiymətlər hər kvadratmetr üçün təxminən 100 manat artıb. Əgər əvvəl mənzilin 1 kvadratmetrinin təmiri minimum 150-200 manatdan başlayırdısa, indi bu məbləğ 250-300 manat arasında dəyişir.
Ramil Qasımzadə deyir ki, qiymət artımı bölgələrdə də eyni rəqəmlərlə müşahidə edilir. Çünki rayonlarda işçi qüvvəsi ucuz olsa da, tikinti materialları paytaxtdakından bir qədər bahadır.
Tikinti şirkətlərindən birinin rəhbəri Muxtar Ərturan isə deyir ki, pandemiyadan sonra mənzillərin təmir qiymətləri yenidən aşağı düşməli olsa da, bu hal baş vermədi. Nəticədə təmir sahəsində aktivlik kəskin azaldı.
Muxtar Ərturanın sözlərinə görə 2 il öncə 90-120 kvadratlik 3 otaqlı mənzili 35-40 min manata tam təmir etmək mümkün idisə , hazırda bunun üçün ev sahibi 60 min manatından keçməlidir.