Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabadda baş verən qəzada bir nəfər ölüb

Sabirabadda baş verən qəzada bir nəfər ölüb

Tarix: 30 Iyun 2022 23:06

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil beton dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - Sabirabad rayonunun Türkədi kənd sakini, 2001-ci il təvəllüdlü Şəmmədov Bəybala Əli oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər 2 nəfər Sabirabad Rayon Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Sabirabadda baş verən qəzada bir nəfər ölüb


RƏYLƏR