Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

12-ci mərtəbədən yıxılan uşağı havada tutan kişinin qolları sındı - VİDEO

12-ci mərtəbədən yıxılan uşağı havada tutan kişinin qolları sındı - VİDEO

Tarix: 1 Iyul 2022 12:16

Rusiyanın Yakutsk şəhərində yoldan keçən şəxs 12-ci mərtəbənin pəncərəsindən yıxılan beş yaşlı uşağı tutub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq bir müddət asılı qalıb. Yoldan keçənlər  həmin müddətdə cəld adyal tapa biliblər, amma tuta bilməyiblər. Uşaq qollarını onu tutmaq üçün uzadan kişinin üstünə düşüb.

Kişinin hər iki qolu sınıb.

Məlumata görə, kişi və uşaq xəstəxanaya yerləşdiriliblər.


Etiketlər:  mərtəbədən yıxılan uşağı havada tutan kişinin qolları sındı VİDEO


RƏYLƏR