Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Park Cinema: “Yayın ən gözlənilən cizgi filminə hazır olun!” - VİDEO

Park Cinema: “Yayın ən gözlənilən cizgi filminə hazır olun!” - VİDEO

Tarix: 1 Iyul 2022 14:09

Ötən gün Bakixanov qəsəbəsində yerləşən Aygun Mall ticarət mərkəzində Park Cinema kinoteatrlar şəbəkəsinin növbəti filialının açılışı baş tutdu.

Açılış münasibətilə "Minionlar: GRUvitasiya" filminin xüsusi nümayişi keçirilib.

Tədbirdə hər dəfə olduğu kimi KİV nümayəndələri, tanınmış  blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

"Minionlar, GRUvitasiya"  filmində siz 1970-ci illərə səyahət edərək həcmli saçları, kəskin baxışları və dahi cani planları ilə tanınan 12 yaşlı Qrünu izləyəcəksiniz. Vicious 6 qrupunun fanboyu olan Qrü onlara qoşulmaq üçün ən pis planını həyata keçirmək istəyir. Bu çətin, amma bir o qədər də əyləncəli missiyanı yerinə yetirmək üçün ona sadiq yoldaşları olan minionlar dəstək olur. Vicious 6 lideri əfsanəvi döyüşçü Wild Knuckles qovulduqdan sonra Qrü onların yeni üzvü olmaq üçün müsahibə verir. Bir müddət sonra işlər yaxşı getməyəcək və o, Wild Knucklesə müraciət edəcək, hətta pis adamların da dostların köməyinə ehtiyacı olduğunu kəşf edəcək. 

Qrü və onun dostlarının macəralarının davamını bilmək istəyirsinizsə elə indi parkcinema.az saytına keçid edərək bilet əldə edin.

Həmçinin hazırda aktiv olan aksiyalar və tariflərdən əlavə xüsusi olaraq Park Cinema Aygün Mall filialına özəl möhtəşəm bir kampaniyaya yaxın zamanda start verilir. Bütün məlumatlar Park Cinema sosial media hesablarında paylaşılacaq.

Milli.Az


Etiketlər:  Park Cinema Yayın ən gözlənilən cizgi filminə hazır olun VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ