Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuri Jirkov karyerasını bitirir

Yuri Jirkov karyerasını bitirir

Tarix: 3 Iyul 2022 12:54

Rusiya millisinin sabiq futbolçusu Yuri Jirkov karyerasını bitirməyə hazırlaşır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə 39 yaşlı müdafiəçi "Match TV"yə açıqlama verib.

O bildirib ki, daha 1 il oynamaq istəyi olsa da, futbolla vidalaşmaq ehtimalı yüksəkdir: "Rusiya klublarından təkliflərim var. Amma "Ximki"dəki vəziyyətə düşmək istəmirəm. Bu baxımdan karyeramı bitirəcəyimi istisna etmirəm".

Qeyd edək ki, yığmada 104 oyun keçirmiş Yuri Jirkov MOİK, "Dinamo" (Moskva), "Zenit" klublarında, həmçinin İngiltərənin "Çelsi" komandasında çıxış edib.

Milli.Az


Etiketlər:  Yuri Jirkov karyerasını bitirir


RƏYLƏR