Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdə qağayıların ölümünün səbəbi nədir?

Xəzərdə qağayıların ölümünün səbəbi nədir?

Tarix: 3 Iyul 2022 14:46

Xəzərdə qağayıların ölümünün SƏBƏBİ

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Atırau vilayətidə quş qripinə qarşı 6,3 min doza vaksin ayırıb.

Milli.Az lent.az-a istinadən verdiyi xəbərə görə, iyunun sonlarında Xəzərdə DS-04 və DS-01 süni adalarından 78 km uzaqlıqda 1000-dən çox ölmüş qağayı aşkarlanıb.

Laboratoriya analizi zamanı nümunə üçün götürülmüş iki qağayıda quş qripi aşkarlanıb. Nümunələr yenidən laboratoriya analizi üçün Böyük Britaniyadakı laboratoriyaya göndərilib.

Qazaxıstanda ayrılan 6 291 doza vaksin təhlükəli zonadakı ev quşlarının peyvəndlənməsi üçün istifadə ediləcək.

Ümumilikdə, 2022-ci il ərzində 16 370 180 ev quşuna quş qripinə qarşı vaksin vurulması nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Xəzərdə qağayıların ölümünün səbəbi nədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ