Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazandı

Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazandı

Tarix: 3 Iyul 2022 19:28

Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında keçirilən açıq Avropa turnirində daha bir cüdoçumuz uğurla çıxış edərək qızıl medal qazanıb.

Kişilər arasında mübarizə aparan Murad Fətiyev (90 kq) bütün rəqiblərini məğlub edərək yarışın qalibi adına sahib olub.

Qeyd edək ki, bundan əvvəl tatami ustalarımız Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) bürünc medallara yiyələniblər.

Yarışda Azərbaycan 14 kişi və 3 qadın olmaqla 17 cüdoçu ilə təmsil olunur. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.


Etiketlər:  Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ