Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada ən uzun kabab Vladivostokda bişirilib

Rusiyada ən uzun kabab Vladivostokda bişirilib

Tarix: 4 Iyul 2022 19:34

Vladivostokda şəhər günü üçün ölkənin ən böyük şiş kababı hazırlanıb, bu hadisənin "Rusiyanın Rekordlar Kitabı"na daxil edilməsi planlaşdırılır.

Milli.Az bildirir ki, REN TV-nin məlumatına görə, yeməyi hazırlamaq üçün 650 kiloqram ət lazım olub.

Bir anda 300 nəfər kabab bişirməklə məşğul idi. Axlestışev sahili boyunca bir manqal zolağı uzanırdı. Çətinlik onda idi ki, yeməklərin hazırlanmasında iştirak edənlər kababı eyni vaxtda çevirməli idilər ki, yemək düzgün hazırlansın.

Şəhər sakinləri və qonaqlar prosesi izləyib, daha sonra hazır yeməyin dadına baxıblar. İndi təşkilatçılar yeni rekordu rəsmi qeydiyyatdan keçirməlidirlər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Rusiyada ən uzun kabab Vladivostokda bişirilib


RƏYLƏR