Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənzil satışı üzrə ən bahalı sövdələşmə - 1,75 milyard dollar

Mənzil satışı üzrə ən bahalı sövdələşmə - 1,75 milyard dollar

Tarix: 4 Iyul 2022 20:32

Nyu-Yorkda koronavirus pandemiyasının başlanğıcından bəri mənzil satışı üzrə ən bahalı sövdələşmə bağlanacaq.

Milli.Az bildirir ki, "The Wall Street Journal"a görə, məbləğ bir milyard dolları keçəcək.

Mülklər "Orbach Affordable Housing Solutions" və "Black Spruce Management" şirkətləri tərəfindən alınacaq. İcarəyə verilə bilən təxminən 1700 mənzili olan altı bina üçün onlar 1,75 milyard dollar ödəyəcəklər.

Obyektlər investorlara 3 faizdən 5 faizə qədər gəlir gətirə biləcək.

"Forbes" binaların 1960-2018-ci illər arasında tikildiyini aydınlaşdırıb. Layihənin həyata keçirilməsinə amerikalı podratçı Şeldon Şolou cavabdeh idi. Sahibkar 2020-ci ildə 92 yaşında Nyu-Yorkda vəfat edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Mənzil satışı üzrə bahalı sövdələşmə milyard dollar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ