Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 09:12
Rusiyada özünü FHN əməkdaşları kimi təqdim edən şəxslər Belqorod vilayətinin sərhədyanı məntəqələrində yaşayan sakinlərə zəng edərək yaxın günlərdə məcburi təxliyə olunacaqları barədə məlumat veriblər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın FHN-in Regional Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, Rusiya 3 iyulda Ukraynanın Toçka-U ilə Belqoroda zərbələr endirdiyini açıqlayıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov zərbə nəticəsində 4 nəfərin öldüyü, 11 çoxmərtəbəli yaşayış binasına, 40 şəxsi tikiliyə ziyan dəydiyini açıqlayıb.