Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Quba yolundan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Bakı-Quba yolundan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Tarix: 5 Iyul 2022 12:54

Bakı-Quba yolunda aparılan təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-110 km hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü aparılır.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə  riayət etmələri xahiş olunur.

Milli.Az


Etiketlər:  Bakı Quba yolundan istifadə edən sürücülərə XƏBƏRDARLIQ


RƏYLƏR