Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 08:22
Moldova digər ölkələrlə hərbi əməkdaşlıqda konstitusiyada təsbit olunmuş neytrallıqdan kənara çıxmır.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Daniel Voda bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaitsevin Moldovanın Qərbdən hərbi yardım alması məsələsində balanslı olmaqla bağlı çağırışına münasibət bildirən Daniel Voda bildirib ki, Moldovanın digər ölkələrlə təhlükəsizlik və müdafiə məsələlərində əməkdaşlığı ölkə konstitusiyasında təsbit olunmuş neytrallıq prinsipi çərçivəsindən kənara çıxmır:
"Eyni zamanda, ölkəmiz öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə, sülhün və beynəlxalq təhlükəsizliyin qorunmasına cavabdehlik daşımağa borcludur. Avropa İttifaqının elan etdiyi yardım proqramı öldürücü olmayan silahların tədarükünü nəzərdə tutur".