Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın qrup komandası Bakıda dünya çempionatının qızıl medalını qazanıb

Rusiyanın qrup komandası Bakıda dünya çempionatının qızıl medalını qazanıb

Tarix: 21 Sentyabr 2019 19:32

Bakı. Trend:

Rusiya komandası qrup hərəkətlərində 58.700 xal toplayaraq çoxnövçülük üzrə qrup hərəkətlərində qızıl medal qazanıb.

Trend-in məlumatına görə, İkinci yerdə Yaponiya komandası (58.200 xal), üçüncü yerdə Bolqarıstan komandası (58.000 xal) qərarlaşıb.

Azərbaycanın qrup komandası 53.100 xal toplayaraq səkkizinci yeri tutub.

Yarışlarda Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliya Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokinadan ibarət komanda təmsil edir.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").


Etiketlər:  Rusiyanın qrup komandası Bakıda dünya çempionatının qızıl medalını qazanıb


RƏYLƏR