Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 18:40
Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli aktrisa Ebru Şahinlə basketbolçu Cedi Osmanun toyu baş tutub.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, mərasimdə bir çox məşhur sima iştirak edib. Onlar arasında ən çox diqqət çəkən isə iş adamı, "Tv8" telekanalının sahibi Acun Ilıcalı olub. Onun toya ənənəvi qara köynəyində qatılması sosial şəbəkədə müzakirə yaradıb.
İş adamının ünvanına "Acunun pul sehri bəlkə də bu köynəkdədir", "Bu qədər var-dövlət, amma dünyadan bu qara köynəklə köçüb gedəcək", "Acunun bundan başqa geyimi yoxdur" kimi şərhlər gəlib.
Bundan başqa, Acun mərasimdə nikah məmuru kimi cübbə geyinib. O, Makedoniyada rəsmi nikahları bağlanan cütlüyün toyunda da bəylə gəlinə evliliyə razı olub-olmadıqları ilə bağlı sualları ünvanlayıb.
Qeyd edək ki, Acun toyda sebgilisi Ayça Çagla Altunkaya ilə birgə iştirak edib.