Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 23:28
Böyük Britaniyanın Baş naziri Boris Consonun nikah mərasimi Bukingemşir qraflığındakı malikanədən başqa yerə köçürülüb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Bildirilib ki, Conson və həyat yoldaşı Kerri 2021-ci ilin mayında evləniblər, lakin toya 30 nəfərdən artıq qonaq dəvət edə bilməyiblər. Cütlük iyulun 30-da XVI əsrə aid Dama malikanəsində daha geniş ziyafət keçirməyi planlaşdırıb, artıq ailələrini və dostlarını da dəvət ediblər.
"Mirror" qəzetinin yazdığına görə, Consonun Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri vəzifəsində qalmasının səbəblərindən biri kimi onun məhz Dama malikanəsində toy etmək istəyi ola bilər.
Belə ki, bəzi baş nazirlərin şəxsi bağ evi olmadığı üçün malikanə "baş nazirlərin istirahət yeri" hesab olunur.
Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.