Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni qızlar öz dövlətlərini necə aldatdı? - Guya ataları müharibədə...

Erməni qızlar öz dövlətlərini necə aldatdı? - Guya ataları müharibədə...

Tarix: 8 Iyul 2022 23:50

Ermənistanda 44 günlük müharibə zamanı itkin düşdüyü iddia olunan şəxs tapılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, K.A adlı şəxsin qızları 2020-ci il noyabrın 12-də dövlət qurumlarına müraciət edərək atalarının itkin düşdüyünü bəyan edibl

Onlar "Döyüş əməliyyatları zamanı əsir götürülmüş, itkin düşmüş hərbi qulluqçular və digər şəxslər" komissiyasına ərizə ilə müraciət edərək bildirib ki, 44 günlük müharibədə iştirak etmiş ataları haqqında heç bir məlumat yoxdur.

Ərizə əsasında K.A. itkin düşmüş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları siyahısına daxil edilib.

Yerli məhkəmənin 22.11.2021 tarixli qərarı ilə şəxs itkin düşmüş hesab edilib və qanuna əsasən, K.A.-nın qızlarına 11 milyon dram ödənilib.

Ermənistan Müdafiə Nazirliyi bu günlərdə aşkar edib ki, əslində K.A müharibədə iştirak etməyib və itkin düşməyib. O, Qarabağda Ağdərə məntəqəsində yaşayır.

Milli.Az


Etiketlər:  Erməni qızlar öz dövlətlərini necə aldatdı Guya ataları müharibədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ