Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 17:48
Müxtəlif səbəblərdən gecənin istənilən vaxtında birdən-birə oyana bilərsiniz. Bu, temperatur, narahatlıq, stres, həddindən artıq yemək kimi bir çox səbəbdən qaynaqlana bilər.
Sonxeber.net Axşam.az-a istinadən cəmi bir neçə dəqiqə ərzində yuxuya getməyinizə yardımçı olacaq 3 təsirli üsulu təqdim edir.
Beyninizi həddindən artıq yükləməkdən çəkinin
Gününüzü planlaşdırmağa başlamayın, iş və ya təhsil haqqında düşünməyin. Ən əsası heç bir şəraitdə smartfonunuzu əlinizə götürməyin. Yataqda qalmağa çalışın. Bu yaxınlarda izlədiyiniz filmin və ya oxuduğunuz kitabın bir hissəsini beyninizdə canlandırın. Bunlar da kömək etməsə, məşhur üsuldan istifadə edin, nələrisə sayın.
Ətir və ya spreydən istifadə edin
Məsələn, lavanda spreyini yastığınıza vurun. Onun ətri yuxuya getməyinizi asanlaşdıracaq və gecə boyunca oyanmamağınıza yardımçı olacaq.
Meditasiyaya cəhd edin
Tez-tez oyanmaq, yata bilməmək narahat düşüncələr yaradır. Bədən yoğun olsa da düşüncələr beyni oyaq saxlayır. Bunun üçün dərindən nəfəs almağa, düşüncələrinizi stresdən yayındırmağa çalışın. Bu da kömək etməsə, sizə yaxşı gələcək musiqi dinləyin.