Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış - ölənlər var

Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış - ölənlər var

Tarix: 9 Iyul 2022 20:00

Rusiyanın Ulyanovsk vilayətinin Kuzovatovski rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb .

Yanğın partlayışla müşayiət olunub.

Regionun qubernatoru Aleksey Russkix Telegram kanalında bildirib ki, hadisə nəticəsində beş nəfər yaralanıb .

"İlkin məlumata görə, 5 nəfər xəsarət alıb. Üç nəfər Kuzovatovskaya Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, iki nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib", - deyə rayon rəhbəri yazıb və bildirib ki, "iki xəstənin vəziyyəti ağır, digərinin isə orta-ağır qiymətləndirilir.

Hadisə nəticəsində azı 2 nəfər ölüb.


Etiketlər:  Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ