Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael Fiziyevdən UFC-də növbəti qələbə: Rəqibini nokauta saldı - VİDEO

Rafael Fiziyevdən UFC-də növbəti qələbə: Rəqibini nokauta saldı - VİDEO

Tarix: 10 Iyul 2022 09:22

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

Milli.Az "Report"a istinadən bildirir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Təcrübəli düyüşçü görüşdən sonra "İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal - mən onu məğlub edə bilərəm" söyləyib.

Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Rafael Fiziyevdən UFC növbəti qələbə Rəqibini nokauta saldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ