Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Prezident" yoxsa, "hökmdar"? - Kreml təklifə reaksiya verdi

Tarix: 10 Iyul 2022 21:04

Kreml LDPR nümayəndələrinin "prezident" postunun adını "hökmdar"la əvəz etmək təşəbbüsünü şərh edib.

Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bu, yeni bir fikirdir. Bu məsələ ilə bağlı heç bir mövqe yoxdur", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab verib .

Dövlət Dumasında isə bu təklif əhəmiyyətsiz hesab edilib. Deputat Anatoli Aksakov (Ədalətli Rusiya - Həqiqət naminə) ölkədə daha mühüm problemlərin yarandığını qeyd edib.

Xatırladaq ki, iyulun 10-da Liberal Demokrat Partiyasının nümayəndələri "prezident" postun adının dəyişdirilməsini təklif ediblər. Onların fikrincə, "dövlət başçısı" və ya "hökmdar" termini kimi ifadə rus qulağı üçün daha çox başa düşüləndir. (publika.az)

Milli.Az


Etiketlər:  Prezident yoxsa hökmdar Kreml təklifə reaksiya verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ