Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda boşanmaların ŞOK SƏBƏBİ - Psixoloq açıqladı

Azərbaycanda boşanmaların ŞOK SƏBƏBİ -  Psixoloq açıqladı

Tarix: 11 Iyul 2022 15:00

2022-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınıb.

Bu isə o deməkdir ki, dünya evinə girən 4 cütlükdən birinin sonradan nikahı pozulur.

Bu isə kifayət qədər narahat edici faktdır. Çünki ailə də bir dövlətdir. Dağılan kiçik "dövlətlər" sonda böyük dövlətin əsaslarını sarsıdır.

Nəzərə alaq ki, çoxumuz Vətən üçün yox, ailə üçün ölümə gözü yumulu gedirik. Bu da onu göstərir ki, bizlərdə ailə institutunun dərin kökləri var. Bu başqa cür də ola bilməz. İnsanın hər zaman uğrunda canından belə keçməyə hazır olduğu nəyisə olmalıdır.

Təbii ki, belə vəziyyətdə ilk yada düşən ailədir. İnsanlar çox zaman ailəsinin rifahı üçün ictimai fayda verir. Ailəsi olmayan insan isə təsadüflərə bağlı yaşayır. Təsadüflərə sığınan insansa heç zaman vətənpərvər ola bilməz.

Avropa modeli həyatımızın bir parçasıdır

Təsadüfi deyil ki, ailə institutunun çox güclü zərbə aldığı Avropa hazırda böyük təlatümlər yaşayır. Ailə sözü az qalır ki, avropalıların leksikonundan çıxsın.

Məhz bunun nəticəsidir ki, Qərbdə əksər dövlətlər mövcudluqlarını saxlamaq üçün yeni institutlar təsis edirlər. Vaxtilə Avropa İttifaqının (Aİ) yaradılmasının bəlkə də əsas səbəbi Qərbdə ailə institutunun dağılması idi.

Yada salaq ki, Aİ ötən əsrin 90-cı illərində yaradıldı. Bu o zaman idi ki, LGBT, cinsi orientasiyanı dəyişmək və eyni cinsi ilə evlənmək Qərbdə dəbə çevrilmişdi. Hələ gender bərabərliyi və feminizm cərəyanını demirik.

Çox təəssüf ki, Avropanın 30 il əvvəl yaşadıqlarına biz indi qədəm qoyuruq. Hər tərəfdə cinsi azlıqlara meydan verilir. Cinsini dəyişmək, boşanmaq, yüngül həyat yaşamaq artıq adiləşir.

Hazırda əksər televiziyaların aparıcıları və sosial şəbəkə fəalları cinsi azlığın nümayəndəsi və yaxud tənha qadınlardır. Bu da ailə institutuna zərbə vuran böyük faktordur. Ona görə də boşanmaya maraq getdikcə artır. Bəzi insanlar boşanmanı qurtuluş, nicat yolu kimi görürlər. Əslində isə boşanma ən yaxşı halda fərarilikdir. Pis halda isə yungül həyat tərzinə qaçışdır.

Sonxeber.net bildirir ki, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən psixoloq Gülnarə Abuzərova bildirib ki, boşanmaların bir səbəbi ailədən gəlir:

"Çünki hər insan böyüdüyü ailədən qidalanaraq formalaşır. Ona görə də yeni ailə quran hər bir gəncin fikrində konkret ailə modeli olur. Boşanmaya ikinci səbəb isə ailələrə olan sosial basqıdır. Ailələr indi keçmiş dəyərlərdən daha çox müasir çağırışlara söykənirlər. Bu da təhsildən asılı məsələdir.
İndi diplomlu gənclərimiz daha çox olsa da, onların çoxu savadsızdır. Savadsız insan isə təsir altına daha tez düşür. Çünki savadsız insanın öz məntiqi olmur. O reallıqları düzgün qiymətləndirə bilmir. Buna sadəcə, savadı çatmır.

Savadsız insanlar valideynlərindən, dostlarından daha çox sosial şəbəkələrə inanırlar. İndi bütün gənclik sosial şəbəkə üzərində oturub. Sosial şəbəklər, xüsusən də TikTok gənclərə yüngül həyat tərzini aşılayır. Yüngül həyat tərzi keçirən insanlarda isə məsuliyyət hissi olmur. Bu isə artıq savadsızlıq yox, nadanlıqdır".


Etiketlər:  Azərbaycanda boşanmaların ŞOK SƏBƏBİ Psixoloq açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ