Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın sonu belə olacaq - Reznikov açıqladı

Rusiyanın sonu belə olacaq - Reznikov açıqladı

Tarix: 11 Iyul 2022 15:08

Yaxın bir neçə ildə Rusiyanın parçalanması prosesi başlayacaq. O, müxtəlif dövlətlərə bölünəcək - Tatarıstan, Başqırdıstan və s. Dünyada isə Ukraynanın qələbəsini görmək istəyən antikreml koalisiyası artıq yaranıb.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Sandi Tayms" qəzetinə müsahibəsində deyib.

"Əminəm ki, yaxın bir neçə ildə biz Rusiya ərazisində suverenliyə çağırışlar yürüşü görəcəyik. Rusiya Federasiyası Tatarıstan, Başqırdıstan və bu kimi ölkələrlə öz həyatına son qoyacaq", - Reznikov bildirib.

Qeyd edək ki, bundan öncə "Rusiyanın bir neçə dövlətə bölünməsinin strateji zəruriliyi" mövzusunda ABŞ hökumətinin müzakirələr keçirdiyi haqda məlumat yayılmışdı.


Etiketlər:  Rusiyanın sonu belə olacaq Reznikov açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ