Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 21:26
Rusiyanın Xalq artisti Anna Netrebko xümüharibəni susi əməliyyatı açıq şəkildə pislədikdən sonra bəzi Qərb teatrları onunla əməkdaşlığı bərpa edib və o, Avropadakı çıxışlarına davam edib. Lakin onun yay və payız aylarında Almaniya turnesi planlaşdırılsa da, məlum olub ki, ifaçının sentyabrın 3-də Ştutqartdakı konserti baş tutmayacaq.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Baden-Vürtemberq əyalətinin səlahiyyətliləri, xüsusən də əyalətin maliyyə naziri Danial Bəyaz bu təklifə qarşı çıxıb.
"Rusiyanın Ukraynaya təcavüzü amansız vəhşiliklə davam edir və təəssüf ki, sonu görünmür. Xanım Netrebko da davranışı ilə Putin (red. Rusiya prezidenti Vladimir Putin) rejiminin təcəssümünə çevrilib. Bu baxımdan onun müharibənin Ukraynada tüğyan etdiyi bir vaxtda Yeni Sarayda görünəcəyini təsəvvür etmək bizim üçün çətindir" deyə, maliyyə nazirinin sözçüsü Sebastian Engelmann deyib.
Bu məqamda xatırladaq ki, Bayaz hələ mart ayında Netrebkoya xəbərdarlıq etmişdi ki, o, Rusiya prezidenti Vladimir Putindən uzaqlaşmalıdır və yalnız bundan sonra sentyabrın 3-də burada çıxış edə bilər.
Konsertin ləğvinin hansı hüquqi nəticələrə səbəb ola biləcəyi hələlik məlum deyil. Lakin nazirliyin mətbuat xidməti təşkilatçılarla heç bir yazılı müqavilənin olmadığını bildirib.
Həmçinin o da qeyd olunub ki, qalada hələ də konsert keçirmək olar, amma Netrebkonun iştirakı olmadan.
Qeyd edək ki, o, Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. Anna uzun müddət Ukraynadakı vəziyyətlə bağlı şərh vermədiyinə görə, çalışdığı bir çox məşhur teatrla yollarını ayırmalı olmuşdu.