Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 22:30
"Belə matçdan sonra nə demək olar? Bu, "Qarabağ"ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik".
Bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi hər matçın fərqli olduğunu bildirib: "Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq".
Borges II təsnifat mərhələsindəki rəqibləri İsveçrə "Sürix"inin də çətin komanda olduğunu sözlərinə əlavə edib.