Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 05:30
Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, opera ifaçısı Anna Netrebko izləyicilərini təhqir edib.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, ifaçılar instaqramda canlı yayıma girərkən sərxoş olublar. Onlar izləyicilərinə qeyri-etik söz deyiblər.
Anna daha sonra video yayaraq sözü izləyicilərinə ünvanlamadığını vurğulayıb:
"O söz izləyicilərə yox, bəzi media nümayəndəsinə ünvanlanmışdı. Onlar hər gün mənim həyatımı müzakirəyə qoyurlar".
Daha sonra Anna "İnanın, mən vətən xayini deyiləm" deyə, izləyicilərini inandırmağa çalışıb.
Videoda Anna və Yusifin Avropa küçələrində gəzdiyi əks olunub.