Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 09:25
"Böyük oğlumun 11 yaşı var. İnkişaf güclü getdiyinə görə, artıq onda keçid dövrü başlayıb. Dörd övladım var. Müəyyən kaprizləri olur. Böyük övladımın bəzi şeylərdən bezdiyini görürəm. Evdəkilərdən bezib, tək qalmaq istəyir".
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "7 Canlı" proqramında deyib. Övladlarından danışan sənətçi uşaqlarının səs-küyündən bezdiyini söyləyib:
"Uşaqlı evdə söz-söhbət olur. Öz aralarında dava edirlər. Bina evində yaşayıram. Uşaq meydançası olmadığından onları həyətə çox buraxmıram. Onları qınamıram, uşaqlarda enerji çoxdur. Onların divara dırmaşmasından bezmişəm. Övladlarımın səs-küyü və davaları çox yorur məni. Qorxuram ki, onlar böyüyəndə bir-birinə qarşı acı olarlar, bağlar qırılar".
Qeyd edək ki, Xuraman Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var.