Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mətanət İsgəndərli ilə gəlini arasında qalmaqal: Məni polislə hədələdi

Mətanət İsgəndərli ilə gəlini arasında qalmaqal: Məni polislə hədələdi

Tarix: 13 Iyul 2022 14:55

Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana arasında yenidən qalmaqal yaşanıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin qərarına baxmayaraq uşaqlar anaya verilməyib. Səhhətində problem yaranan Canana isə Rusiyaya gedib və orada müalicə almağa başlayıb. 

Bu haqda Axşam.az-a danışan Canana bir müddət əvvəl açdığı gözəllik salonunun bağlandığını və avtomobilini satdığını söyləyib:

"Salonum kirayə idi. Onun sahibini  öyrətdilər ki, mənə işləməyə imkan verməsin. O da gəlib dedi ki, çıx məkandan və daha baha qiymətə başqasına kirayə verəcəm. Məni çalışmağa qoymurlar. İşləyib uşaqlarımı yanıma gətirmək üçün şərait düzəldə bilmirəm. Maşınımı və salondakı əşyaları satdım. Mənə o qədər stress yaşatdılar ki, əsəblərim korlanıb. Mətanət İsgəndərli bilirdi ki, mənim səhhətimdə problem var, mənə stress olmaz. Bilə-bilə bunu etdilər. Hazırda Moskvaya gəlmişəm, müalicə alıram. Həm də iş tapıb işləyəcəm. Çalışıb ən yaxşı şəraiti qurub, övladlarımı yanıma gətirəcəm".

Canana barışıqdan sonra aralarındakı mübahisənin yenidən alovlanmasına səbəb olan məsələni açıqlayıb:

"Getdim onun yanına, barışdım. Birlikdə şəkil paylaşdım. Yeni gəlininin ailəsi nə deyibsə, mənə zəng etdi sildirdi. Oğlumun ad günündə hədiyyə aldım apardım. Mətanət xanım da mənimlə normal görüşdü. Daha sonra uşaqlarım üçün "playstation" aldım apardım. Evdə tək idilər. Yanlarında dayə var idi, qapını açmadı. Mətanət xanım isə zəng edib ki, sən kimsən ora gəlirsən? Uşaqları görmək istəsən aşağı düşsünlər, ora getmə. Hədələdi ki, indi polis çağıracam. Qayıdır ki, əl çək bizdən. Mən uşaqlarım üçün gedirəm, onlar nəyimə lazımdır. O qədər qəddar adamdır ki... Deyir, uşaqlara yazığım gəlir. Deyirəm, onda denən gedin ananızla yaşayın. Cavab verir ki, niyə edim, ataları ilə qalırlar". 

"Ali məhkəmənin qərarı var. Nə üçün haqqınız ola-ola uşaqları almırsınız" sualına Canana belə cavab verib:

"Mənim şəraitim yoxdur. Uşaqlar yaxşı yerdə yaşamağa öyrəşiblər. Onlara çalışıb o cür imkan yaradıb gətirəcəm. Övladlarım onların verdiyi həyatla xoşbəxtdir. Bir-birilərindən də ayrı qalmırlar. Evim olmasa gəlməycəklər. Sevinirəm ki, qanunla qalib gəldim, uşaqlar məndə qaldı. Hərdən mənlə mehriban olur, deyir, səni balalarımdan ayırmıram, tək olsaydım, sənin yanında olardım. Onu da kimlərsə öyrədir. Artıq yorulmuşam, beynim buna tab gətirmir".

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında qalmaqallı şəkildə boşanıb. Üç uşağın qəyyumluğu ataya verilib. Canana daha sonra Apellyasiya məhkəməsinə müraciət edərək, uşaqları geri alıb. Bu qərarla razılaşmayan Kərim Ali Məhkəməyə müraciət edib. Kərim ikinci dəfə ailə qurub və yenidən ata olmağa hazırlaşır. 

Canana isə M.İsgəndərlinin evinə gedərək onunla barışıb. 

Milli.Az


Etiketlər:  Mətanət İsgəndərli ilə gəlini arasında qalmaqal Məni polislə hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ