Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 22:26
Böyük Britaniyanın Baş naziri postuna və Mühafizəkarlar Partiyasının liderliyinə seçim üçün səkkiz namizəddən ikisi artıq mübarizəni dayandırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, keçmiş səhiyyə naziri Ceremi Hant və hazırkı xəzinədarlıq naziri Nadhim Zahavi Mühafizəkarlar Partiyasının millət vəkilləri tərəfindən keçirilən gizli səsvermədə 30 səs həddini keçə bilməyib.
Səsvermənin birinci raundunda keçmiş xəzinədarlıq naziri Rişi Sunak 88 səslə birinci olub. Ticarət naziri Penni Mordont 67 səs, xarici işlər naziri Liz Trass 50 səs toplayıb.
Digər 3 namizəd - Kemi Badenok, Tom Tugendhat və Suella Braverman da 30 səs həddini keçərək növbəti səsvermə mərhələsində iştirak hüququ qazanıblar.