Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 22:56
Avropa Komissiyası (AK) Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi məsələsinə baxılmasını 2023-cü ilə qədər təxirə salıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu AK nümayəndəsi Maykl Rupp bildirib.
O qeyd edib ki, Avropa Komissiyası gələn il Gürcüstanda davam edən islahatlara dair hesabat hazırlayacaq.
Xatırladaq ki, iyun ayında AK bir sıra şərtlər yerinə yetirilənə qədər Gürcüstana Aİ-yə namizəd statusunun verilməməsini tövsiyə edib.