Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış idmançımızın doğum günüdür - FOTOlar

Tanınmış idmançımızın doğum günüdür - FOTOlar

Tarix: 14 Iyul 2022 09:56

Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycan cəmiyyətdinə önəmli bir ictimai amilə çevirib. Bu gün tam əminliklə söyləmək olar ki, idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutub. İdmanla məşğul olanların sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülüb. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb.

Belə idmançılardan biri də Şahmərdanov Əbdül Fəyyaz ogludur. 1992-ci il Bakının Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində anadan olub. Zabrat 2-də yerləşən 75 nömrəli məktəbdə təhsil alan Əbdülün idmana həvəsi uşaq yaşlarından başlayıb. Uşaq ikən boksla sonradan kikboksinqlə məşğul olub. Bir sıra diplom və mükafatlar alıb. 2004-cü ildən özünü karate idman növündə sınayan Əbdül sözün əsl mənasında bu idman növündə özünü doğruldub. Hazırda Yasuda Kaikan Kontakt Karate ilə məşğul olan idmançımız bir neçə dəfə gənclər arasında Bakı, Respublika birinciliyini qazanıb. Respublika yarışlarında qələbə qazanan idmançı ölkə hüdudlarından kənara çıxır və çıxdığı vaxtdan etibarən də Azərbaycanı ləyaqətlə təmsil etməyə başlayıb.

2019-cu il il İrranın Sərab şəhərində 18 yaşdan yuxarı gənclər arasında keçən yarışda gümüş medal qazanıb. Eyni zamanda həmin il İranda keçirilən texniki seminar və hakimlik seminarinda istirak edib. Bununla bağlı xüsusi diplomla təltif olunub. 2021-ci il mayın 21-də isə ona "Qara kəmər" I dan kəməri təqdim olunub. Yaponiyadan ona kəmər və diplom göndərilib. 22 iyul 2020-ci ildə isə təlimatci məşqçilik hüququnu qazanıb.
Onu da qeyd edək ki, bu gün idmançımızın doğum günüdür. 30 yaşı tamam olan idmançımızı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyirik.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Tanınmış idmançımızın doğum günüdür FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ