Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı - VİDEO - FOTO

Təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı - VİDEO - FOTO

Tarix: 14 Iyul 2022 10:24

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Sonxeber.net-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən "Qaz TNK" MMC-yə məxsus istehsal sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə mövcud olan yanğın su hovuzuna yanğın avtomobilinin sərbəst yan almasının mümkün olmaması, ərazidə təxliyə yollarının taxta materiallarla tutulması, otaqlarda kustar üsulla hazırlanmış odun sobalarından istifadə edilməsi, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasaz vəziyyətdə olması, obyektin ərazisinin, anbar və istehsalat sahəsinin istehsal prosesində yaranmış yanar tullantılardan təmizlənməsinin təmin edilməməsi, işlərin icrasının yanğın təhlükəli vəziyyətdə davam etdirilməsi, istehsal sexində tavan və otaqların arakəsmələrinin odadavamlı məhlulla hopdurulmaması, ərazi, anbar və istehsalat sahəsi yanğın təhlükəsizliyinə dair göstərici nişanlarla təmin olunmaması müəyyən olunub.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən "Qaz TNK" MMC-yə məxsus iki istehsal sexində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Etiketlər:  Təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ