Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 12:46
Cənubi Afrikada bir kişi pul müqabilində bir butulka "Jaegermeister" spirtli içkisini iki dəqiqə ərzində içib və ölüb.
Sonxeber.net bildirir ki, bu barədə "Sowetan Live" yazır.
Mərhum spirtli içkilərin satışı məntəqələrindən birində baş tutan yarışda iştirak edib. Şərtlərə görə, müəyyən vaxt ərzində bir butulka içkini içə bilən şəxs qalib olmalı idi. Mükafat 200 Cənubi Afrika randı (12 dollar) idi.
Cənubi afrikalı cəmi iki dəqiqə ərzində "Jaegermeister"i içə bildi və sonra huşunu itirdi. Təcili xəstəxanaya çatdırılan şəxs, özünə gəlmədən dünyasını dəyişib. Polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
İrfan Vəliyev