Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydenin Səudiyyə planı iflasa uğradı - KİV

Baydenin Səudiyyə planı iflasa uğradı - KİV

Tarix: 15 Iyul 2022 10:46

ABŞ Prezidenti Co Bayden Yaxın Şərq turnesi ilə hədəfinə çata və ölkəsinin dominantlığını gücləndirə bilməyəcək.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin "Qlobal Tayms" nəşrində yayımlanan məqalədə deyilir.

"Baydenin Yaxın Şərq səfəri olduqca önəmli görünə bilər. Bayden ABŞ-ının regiondakı təsirini nümayiş etdirmək istəyir. Fəqət Ukrayna böhranı səbəbindən qlobal və regional geosiyasi coğrafiya radikal şəkildə dəyişdi. Bu, hədəfə çatmağı çətinləşdirəcək. Nəticə olaraq bu tur foto çəkilişindən başqa bir şey olmayacaq", - deyə bildirilib.

Məqalədə iddia edilib ki, Bayden Yaxın Şərqdən Avropaya neft nəqlinin artırılması məsələsində razılaşma əldə edə bilməyəcək:

"Enerji sektorunda vəziyyət ABŞ liderini reallıqla barışmağa və 2020-ci il seçkilərində söz verdiyi "Səudiyyə Ərəbistanını təcrid etmə" cəhdlərindən imtinaya vadar edir. Burada Bayden doktrinasının uğursuz olduğu aydın görünür".


Etiketlər:  Baydenin Səudiyyə planı iflasa uğradı KİV


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ