Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 09:16
Rusiya Xarici İşlər Nazirliyi yapon siyasətçilərinə qarşı şəxsi sanksiyaların tətbiq edildiyini açıqlayıb. Qara siyahıya Yaponiya parlamentinin Nümayəndələr Palatasının 384 üzvü daxil edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Ukraynadakı müharibə kontekstində anti-Rusiya mövqelərinə görə yapon deputatların bu il iyulun 14-dən Rusiyaya girişi qadağan edilib.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin sanksiyalara məruz qalan yapon parlamentarilərin adlarının siyahısını da dərc edib.