Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 09:55
2008-ci ildə özü kimi aktyor Yağmur Atacanla həyatını birləşdirən Türkiyənin məşhur aktrisası Pınar Altuğ ekranlardan uzaq olsa da, sosial şəbəkədən aktiv istifadə etdiyi üçün daim diqqət mərkəzindədir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, digər məşhur simalardan fərqli olaraq sosial şəbəkə izləyiciləri ilə birbaşa ünsiyyət qurmaqdan çəkinməyən Pınar dosta-düşmənə meydan oxuyan paylaşımları ilə də ad çıxarır.
Bodrumda istirahətdə olan 48 yaşlı aktrisanın yeni görüntüləri yayımlanıb.
Dənizə girməyib, dostu ilə birlikdə günəş vannası qəbul edən Pınarın başı söhbətə qarışıb və üç saat günəş altında qalaraq yanıb.
Qeyd edək ki, Pınar və Yağmurun bu evlilikdən 2009-cu ildə Su adlı qız övladı dünyaya gəlib. Sosial şəbəkədən aktiv istifadə edən Pınar paylaşımları ilə tez-tez gündəm olmağı bacarır.