Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 10:56
Bakı. Trend:
“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimləri keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, dil təkmilləşdirmə təlimlərinin keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmiləşdirilməsi, onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.
“British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən, Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində təşkil olunacaq.
Həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulan təlimlərdə 370 İngilis dili müəllimi iştirak edəcək.
Dil təkmilləşdirmə təlimlərini uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan Metodologiya təlimlərinə cəlb olunacaqlar. Təlimlərdən keçən müəllimlərə sertifikat təqdim ediləcək.
Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin