Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 20:02
Somalinin cənub ştatın Hirşabelle əyalətinin paytaxtı Couxar şəhərində otelin yaxınlığında güclü partlayış baş verib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Somalinin Milli Televiziyası məlumat yayıb.
Məlumata görə, otelin yaxınlığında minalanmış avtomobil partladılıb, terrorçu ölüb.
"Somali Guardian" xəbər portalının məlumatına görə, ölənlərin sayı bir neçə onlarla ola bilər. "Goobjoog News" portalı mehmanxana binasında olan üç əyalət hökuməti nazirinin yaralandığını bildirib.
Ərazi polis tərəfindən mühasirəyə alınıb.
Ştat hakimiyyəti artıq hücuma görə "Aş-Şabab" qruplaşmasını günahlandırıb.