Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 23:48
Xorvatiyada keçirilən Qran Pri turnirinə yekun vurulub.
Bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışın sonuncu günü +100 kq. çəkidə yarışan idmançımız Uşanqi Kokauri təsəlliverici görüşdə braziliyalı idmançı Rafael Silvaya qalib gəlib.
Bunun ardınca üçüncü yer uğrunda mübarizədə gürcüstanlı cüdoçu Qela Zalişvili ilə qarşılaşmalı olan Uşanqi rəqibinin xəbərdarlıq alaraq yarışdan kənarlaşdırılması səbəbindən birbaşa bürünc medulla mükafatlandırılıb.
Xatırladaq ki, bundan əvvəl -66 kq. çəkidə yarışan cüdoçumuz Yaşar Nəcəfov qızıl medal, -81 kq. çəkidə yarışan cüdoçumuz Səid Mollayi isə gümüş medal əldə edib.
Turnirin ümumi nəticəsinə görə, cüdo üzrə Azərbaycan milli yığma komandası kişilər arasında üçüncü yerdə qərarlaşıb.