Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peskov Ukraynadakı xüsusi əməliyyatın nə vaxt bitəcəyini açıqlayıb

Peskov Ukraynadakı xüsusi əməliyyatın nə vaxt bitəcəyini açıqlayıb

Tarix: 18 Iyul 2022 14:02

Rusiyanın Ukraynada xüsusi əməliyyatı bütün hədəflərə nail olunduğu zaman başa çatacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İranın dövlət teleradio şirkətinə açıqlamasında deyib.

O bildirib ki, hərbi əməliyyatların başa çatdırılacağı konkret vaxt çərçivəsi yoxdur və burada əsas məsələ effektivlikdir.

Peskov Rusiya ordusuna mülki infrastrukturu zədələməmək və mülki itkilərdən çəkinməklə bağlı aydın göstəriş verildiyini vurğulayıb.

Peskov Qərbin Rusiya və İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən qeyd edib ki, bu, hər iki ölkənin müstəqilliyi və suverenliyinin qarşılığında ödədiyi qiymətdir.

Milli.Az


Etiketlər:  Peskov Ukraynadakı xüsusi əməliyyatın vaxt bitəcəyini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ